“Bakı” Rumıniyanın yüksək liqa klubuna qalib gəldi
01 fevral 2011 14:33 (UTC +04:00)

“Bakı” Rumıniyanın yüksək liqa klubuna qalib gəldi

Lent.az-ın məlumatına görə, rəqib Rumıniya çempionatının yüksək liqasında çıxış edən “Panduri” komandası olub.

Oyun “Bakı”nın qələbəsi ilə nəticələnib – 1:0. Yeganə qolu 31-ci dəqiqədə Adnan Bərəkət vurub. Baş məşqçi Aleksandr Starkov start heyətində Marko Şarliya, Rafael Əmirbəyov, Vadim Borets, Aleksey Savinov, Stevan Bates, Adnan Bərəkət, Aleksandar Şoliç, Saşa Kaykut, İbrahim Karqbo, Juninyo və Ruslan Leviqaya güvənib. Fasilədən sonra Xalidu Sissoko Marko Şarlyanı, Ernad Skuliç İbrahim Karqbonu, Mahmud Qurbanov isə Saşa Kaykutu əvəzləyib.

“Susesi” otelinin meydançasında oynanılan və Rumıniyanın “DG Sport” telekanalı vasitəsilə canlı yayımlanan qarşılaşma “Bakı”nın üstünlüyü şəraitində keçib. Baxışda olan ukraynalı hücumçu Ruslan Leviqanın bir neçə epizodda zərbəsi dəqiq olmayıb.

Qeyd edək ki, “Bakı” əvvəlki yoxlama matçlarında Qazaxıstanın “Akjayık” klubunu böyük hesabla yenib – 3:0. “Şaxtyor” (Karaqanda) ilə qarşılaşma 1:1, Ukraynanın “Metallurq” (Zaporojye) komandası ilə görüş isə 0:0 hesablı heç-heçə ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar