Fernando Torres İngiltərədə ən bahalı transferə çevrildi
Lent.az-ın məlumatına görə, “zadəganlar” İspaniya yığmasının hücumçusu ilə 5,5 illik müqavilə bağlayıb.
Onun keçidi “Çelsi”yə 50 milyon funt sterlinqə başa gəlib. Beləliklə, Torres İngiltərənin ən bahalı, dünyanın isə dördüncü ən bahalı futbolçusuna çevrilib. Bunadək “Dumanlı Albion”da analoji rekord 2009-cu ildə “Mançester Yunayted”dən “Mançester Siti”yə 47 milyon funta keçən Karlos Tevesə məxsus idi. “Liverpul” klubu isə Torresin əvəzinə “Nyukasl”dan 35 milyon funta Endi Kerrolu transfer edib.
27 yaşlı forvard müqavilə imzaladıqdan sonra yeni klubunun rəsmi saytına bunları deyib: “Transferimlə bağlı çox xoşbəxtəm. Bu mövsüm və növbəti illərdə komanda yoldaşlarıma kömək etməyi səbirsizliklə gözləyirəm. İngiltərəyə gəldikdən sonra “Çelsi”yə qarşı dəfələrlə çıxış etmişəm və bu oyunları heç vaxt yaddan çıxarmayacağam. Burada bir çox dahi futbolçunun çıxış etdiyini bilirəm. Əsas heyətdə yer qazanmaq üçün səylə çalışacağam. Ümidvaram ki, bu mövsüm azarkeşlər üçün bir neçə vacib qol vura biləcəyəm”.
Qeyd edək ki, 20 mart 1984-cü ildə İspaniyada doğulan Fernando Torres peşəkar karyerasına 11 yaşından onu yetişdirən Madrid “Atletiko”sunda başlayıb. O, 2001-ci ildə “Atletiko” ilə peşəkar səviyyədə müqavilə bağlayıb. Madrid komandasında çıxış etdiyi 6 mövsüm ərzində Torres 214 matçda 82 qol vurub. 2007-ci ilin iyulunda hücumçu “Liverpul”a transfer olub. O, 3,5 il ərzində 81 dəfə fərqlənib.

Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39