Qoko Hacievski: “Biz heç kimdən qorxmuruq”
“Levski” mənə kifayət tanış rəqibdir.
1993-1994-cü il mövsümündə Bolqarıstanın MOİK klubunda çalışdığım vaxt bu komanda ilə üz-üzə gəlmişəm. Üstəlik, “Levski” 2006-2007-ci il mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb, “Çelsi”, “Barselona” kimi komandalarla qarşılaşıb”.
Bu fikirləri Lent.az-a açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib.
Makedoniyalı mütəxəssisin fikrincə, yalnız Litvanın “Ekranas” klubunu mübarizədən kənarlaşdıracaqları halda, bütün diqqətlərini “Levski” ilə qarşılaşmaya kökləyəcəklər: “Hazırda bütün diqqətimizi “Ekranas”la 21 iyulda keçirəcəyimiz cavab matçına yönəltmişik. İlk növbədə Litva çempionunu mübarizədən kənarlaşdırmaq haqda düşünürük. Buna nail olsaq, “Levski” ilə qarşılaşa bilərik”.
“Levski”nin 95 illik tarixə malik olması və Avropa kuboklarında müntəzəm çıxış etməsinə baxmayaraq, Haciyevski heç bir rəqibdən qorxmadıqlarını vurğulayıb. Çempionlar Liqasının III təsnifat mərhələsində ilk görüşlər 28-29 iyulda, cavab qarşılaşmaları isə bundan bir həftə sonra olacaq. “Bakı”nın baş məşqçisi həmin vaxtadək həm oyun baxımından, həm də yeni transferlərlə güclənmələrinin mümkünlüyünü vurğulayıb.

Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39