Azərbaycan yığmasını qabaqlamalı olan baş məşqçi
31 yanvar 2011 19:00 (UTC +04:00)

Azərbaycan yığmasını qabaqlamalı olan baş məşqçi

Lent.az-ın məlumatına görə, çexiyalı Miroslav Baranek yanvarın 31-də keçirilmiş mətbuat konfransında ictimaiyyətə təqdim edilib.

54 yaşlı mütəxəssislə sonradan daha iki il müddətinə uzadılmaq şərti ilə bir illik müqavilə bağlanılıb. Onun qarşısına 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasını qabaqlayaraq, A qrupunda 5-ci yeri tutmaq məqsədi qoyulub. Qazaxıstan Futbol Federasiyasının baş katibi Sayan Hamitjanovun sözlərinə görə, Baranek bu vəzifənin öhdəsindən gəlməkdən qorxmur.

Yeni baş məşqçi isə son FİFA reytinqində 137-ci pillədə olan Qazaxıstan millisini heç olmasa 60-cı pilləyə yüksəltmək istədiyini vurğulayıb.

Qeyd edək ki, Miroslav Baranek 24 aprel 1957-ci ildə anadan olub. O, Çexiya klublarında və gənclərdən ibarət yığmasında, eləcə də Macarıstan və BƏƏ klublarında çalışıb. Baranekin ən yüksək nailiyyəti 2002-ci ildə Çexiyaya 21 yaşlılar arasında Avropa çempionluğunu qazandırması olub. Eyni zamanda təcrübəli mütəxəssis 2007-ci ildə “Debretsen”i Macarıstan çempionluğuna qovuşdurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar