Kəmaləddin Heydərov: “London olimpiadasına hər çəkidə lisenziya qazanmaq məqsədimizdir”
31 yanvar 2011 17:01 (UTC +04:00)

Kəmaləddin Heydərov: “London olimpiadasına hər çəkidə lisenziya qazanmaq məqsədimizdir”

Lent.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov deyib.

Heydərov bildirib ki, daha çox lisenziya qazanmaq üçün boksçularımız yeni güclə çalışırlar: “Hər çəkidə lisenziya qazanmaq məqsədimizdir. İnanıram ki, biz buna nail olacağıq. Təbii ki, lisenziya almaq təkcə idmançıların üzərində deyil. Məşqçilər, federasiya rəsmiləri də çalışmalıdırlar. Kütləvilik nəticələr üçün stimul olacaq”.

ABF prezidenti son 3 olimpiadadan fərqli olaraq, məqsədlərinin bu dəfə bürünc yox, daha yüksək əyarlı medal qazanmaqdan ibarət olduğunu deyib: “Hər bir idmançının qarşısındakı məqsəd qızıl medal qazanmaq olur. Hərə döyüşə gedəndə yüksək məqsəd uğrunda yarışır. Amma bu, idmandır. Söz verə bilmərik ki, qızıl medal qazanacağıq. Amma bunun üçün çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar