“Abşeron” “Zenit”lə heç-heçə etdi
31 yanvar 2011 14:34 (UTC +04:00)

“Abşeron” “Zenit”lə heç-heçə etdi

Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, I divizion təmsilçisi Rumıniyanın “Victoria” və Rusiyanın “Zenit” komandaları ilə üz-üzə gəlib.

Hər iki oyunda qalib müəyyənləşməyib. “Abşeron” - “Victoria” qarşılaşmasında hesab açılmayıb - 0:0. “Zenit”lə görüşdə isə 2:2 hesablı heç-heçə qeydə alınıb. “Abşeron”un son yoxlama oyunu fevralın 2-də “Vointa Sibiu” (Rumıniya) ilə olacaq.

Qeyd edək ki, “Abşeron” yanvarın 28-də daha iki yoldaşlıq oyunu keçirib. Baş məşqçi Mirbağır İsayevin komandası Gürcüstan “Vit Corciya”sına 1:2, Cənubi Koreya “Yonsei”nə isə 0:2 hesabı ilə uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981

Oxşar yazılar