Əfran İsmayılov da “Qarabağ”ı xilas edə bilmədi
31 yanvar 2011 12:13 (UTC +04:00)

Əfran İsmayılov da “Qarabağ”ı xilas edə bilmədi

Lent.az-ın məlumatına görə, Ağdam komandası Rumıniya "Qaz Metan"ı ilə üz-üzə gəlib.

"Qarabağ"ın start heyətində Fərhad Vəliyev, Zaur Həşimov, Aftandil Hacıyev, Admir Teli, Ansi Aqolli, Namir Yusifov, Rəşad Sadiqov, Nderim Nedzipi, Emin İmaməliyev, Georgi Adamiya, Andrey Rubins yer alıb.

Rumıniyada canlı yayımlanan matç baş məşqçi Qurvan Qurbanovun komandasının məğlubiyyəti ilə yekunlaşıb – 1:2. “Qarabağ”ın yeganə topunu 64-cü dəqiqədə künc zərbəsindən sonra Aftandil Hacıyev vurub.

Qarşılaşmanın ikinci yarısında 6 aylıq məcburi fasilədən sonra ilk dəfə Əfran İsmayılov oyuna daxil olub. Ondan əlavə, Ayxan Abbasov, Rəşad Kərimov, Devran Ayhan, İlqar Qurbanov və baxışda olan Tahar Aymenə də şans verilib. Lakin Ağdam komandasının futbolçuları ələ düşən saysız qol vəziyyətlərini boşa veriblər. Bununla da “Qarabağ” məğlubiyyətdən qurtula bilməyib.

Qeyd edək ki, “Qarabağ” əvvəlki yoldaşlıq görüşlərində Qazaxıstanın “Jetısu” klubuna 2:3 hesabı ilə uduzub, Türkiyənin “Ərdəmirspor” komandasını 45 dəqiqəlik oyunda darmadağın edib – 8:0. Ukrayna “İliçevets”i ilə qarşılaşma isə 2:2 hesablı heç-heçə ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar