Dünya Kubokunda 1 qızıl, 1 bürünc medalla 5-ci yer
31 yanvar 2011 09:06 (UTC +04:00)

Dünya Kubokunda 1 qızıl, 1 bürünc medalla 5-ci yer

Lent.az-ın məlumatına görə, Azərbaycan yığması turniri 1 qızıl, 1 bürünc medalla başa vurub.

Yarışın ikinci günündə tatami üzərinə çıxan 10 cüdoçumuzdan yalnız 1-i medal qazanıb. 81 kq çəki dərəcəsində çıxış edən Elxan Rəcəbli bürünc medala sahib olub. Rəcəbli 1/16 finalda gürcüstanlı Paata Qvinaşvili, 1/8 finalda ukraynalı Viktor Savinov, ¼ finalda latviyalı Konstantin Ovçinnikovu yenərək, yarımfinala çıxıb. Lakin finala gedən yolda onun qarşısını daha bir gürcüstanlı Davit Karbelaşvili kəsib. Bürünc medal uğrunda qarşılaşmada isə cüdoçumuz İslam Bozbayevdən üstün olub.

Digər cüdoçularımızdan Ramin Qurbanov (90 kq) 5-ci, Şahin Məmmədov (100 kq) isə 7-ci yeri tutub. İlk yarış günündə isə 12 cüdoçumuzdan yalnız İlqar Müşkiyev (60 kq) qızıl medal qazanıb.

Beləliklə, 22 ölkənin qatıldığı Dünya Kubokunda Azərbaycan millisi Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstandan sonra ümumi komanda hesabında 5-ci yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar