“Neftçi” “Şturm”u məğlub etdi - FOTO
30 yanvar 2011 22:19 (UTC +04:00)

“Neftçi” “Şturm”u məğlub etdi - FOTO

Lent.az-ın məlumatına görə, "İC Santai" otelinin meydançasında baş tutan görüş flaqmanın qələbəsi ilə nəticələnib - 2:0.

"Neftçi"nin start heyətində Rauf Mehdiyev, Tərlan Quliyev, İqor Mitreski, Denis Silva, Ruslan Əmircanov, Slavço Georgievski, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Rəşad Abdullayev, Ruslan Qurbanov və Bahodir Nasimov yer alıb. "Şturm"da isə ilk dəqiqələrdən əsas heyət oyunçuları çıxış edib.

Hesab 9-cu dəqiqədə açılıb. Qapıçı ilə təkbətək çıxan Bahodir Nasimov topu tora qovuşdurub. Avstriyalılar yalnız buraxılan qoldan sonra hücum haqqında düşünməyə başlayıblar. Lakin növbəti qol da "Neftçi"dən gəlib. 22-ci dəqiqədə Rəşad Abdullayevin ötürməsini Nasimov başla qapıya göndərib.

İkinci yarıya "Neftçi" iki əvəzləmə ilə başlayıb. Ruslan Qurbanovla Mirhüseyn Seyidovu Emil Mpenza və Araz Abdullayev əvəzləyib. 58-ci dəqiqədə isə Rəşad Abdullayev və Bahodir Nasimovun yerinə Flavinyo ilə Elmar Baxşiyev çıxıb. 72-ci dəqiqədə "Neftçi"də qapıçı dəyişikliyi reallaşıb. Rauf Mehdiyev yerini Elçin Sadıqova verib. Eyni zamanda, Denis Silvanın əvəzinə Tural Nərimanov, Tərlan Quliyevin əvəzinə isə Kərim Diniyev meydançaya daxil olub. "Neftçi"nin baş məşqçisi Arif Əsədov gənc futbolçular - Eltun Yaqublu və Malik Babayevi də meydançaya daxil edib.

Bu əvəzləmələr hesabda heç bir dəyişikliyə səbəb olmayıb. "Neftçi" üçüncü yoxlama matçını da məğlubiyyətsiz başa vurub. Bundan öncə flaqman Rusiyanın "SKA-Energiya" komandası ilə heç-heçə edib, Ukrayna "Arsenal"ını isə yenib - 2:1.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar