Oyun vaxtı qalmaqal: “Turan”ın məşqçisi zibil qabına tuş gəldi
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın “Qyeonqnam” komandası ilə görüş elə ilk yarıdaca dayandırılıb.
Koreyalı hakimlər briqadasının idarə etdiyi qarşılaşmada hesabı 25-ci dəqiqədə “Qyeonqnam” açıb. Sonradan baş verənləri “Turan”ın rəsmi saytı belə ifadə edib: “Qoldan sonrakı dəqiqələr meydandakı mübarizədən çox koreyalı hakimlərin hoqqaları ilə yadda qaldı. Hər dəfə yanlış qərar verən referiyə “Turan”ın baş məşqçisi Naci Şensoyun irad bildirməsindən sonra vəziyyət bir qədər düzəldi. Hər şeyin qaydasında olduğu bir məqamda rəqib komandanın tribunada əyləşən baş məşqçisi tərbiyəsizlik nümayiş etdirdi. O, heç bir səbəb olmadan yanındakı zibil qabını təpiklə “Turan”ın məşqçisi Eldəniz Hüseynova tərəf vurdu. Oyunun əvvəlindən öz futbolçularını söyməkdən belə çəkinməyən məşqçinin bu hərəkətindən sonra hakim oyunu yarımçıq dayandırdı”.
Xəbərdə bildirilir ki, “Turan”ın futbolçuları oyunu davam etdirmək istəyiblər. Lakin rəqib komanda hakimlərə qoşularaq meydançanı tərk edib: “Həmyerlilərinə açıq-aşkar simpatiya bəsləyən hakimlərin komandamıza 5 dəqiqə isinməyə belə icazə verməmələri elə hər şeyin bu həddə çatacağına işarə idi”.
Qeyd edək ki, “Turan” artıq Antalya hazırlıqlarını başa vurub və Vətənə qayıdıb.

599