Avropa çempionatı Bolqarıstanda
30 yanvar 2011 22:10 (UTC +04:00)

Avropa çempionatı Bolqarıstanda

Lent.az-ın məlumatına görə, bu haqda Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) İcraiyyə Komitəsinin Türkiyənin İstanbul şəhərində baş tutan növbəti toplantısında qərar çıxarılıb.

İki ölkə - Bolqarıstan və Türkiyə məsul yarışı qəbul etmək üçün namizədliklərini irəli sürüblər. Gizli səsvermə nəticəsində Bolqarıstan 6, Türkiyə isə 4 səs qazanıb. Nəticədə, 2011-ci ildə Avropa çempionatı iyunun 10-dan 19-a kimi Sofiyada keçiriləcək.

Qeyd edək ki, AİBA-nın təqviminə əsasən qitə çempionatı 2 ildən bir keçirilir və növbəti yarış 2012-ci ildə olmalı idi. Ancaq növbəti il Olimpiya oyunları təşkil olunacağından qitə miqyaslı yarışlar 2011-ci ilə çəkilib. Bu il dünya çempionatına isə Bakı ev sahibliyi edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050

Oxşar yazılar