“Bakı Fires”dən əzmkar qələbə - FOTO
Lent.az-ın məlumatına görə, komandamız yenə səfərdə Çinin “Beijing Dragons” klubunu 3:2 hesabı ilə məğlub edib.
Makao şəhərində keçirilən döyüşdə ilk olaraq Məhəmməd Abdulhəmidov Şaofanq Liyə uduzub. Amma 61 kq çəki dərəcəsində mübarizə aparan Romal Amanov Lei Fanq üzərində qələbə qazanmaqla, WSB liqasında ilk qalibiyyətini əldə edib. Vei Li Məhəmməd Nuritdinovu üstələdikdən sonra hesab meydan sahiblərinin xeyrinə dəyişıb, 2:1. Ancaq rinqə çıxan digər 2 boksçumuz məşqçilər heyətinin etimadını doğrudub. Əvvəlcə Ramazan Maqomedov Assane Fayeni məğlub edib. Görüşdə son nöqtəni Abdulqadir Abdullayev qoyub. Ən ağır çəkidəki təmsilçimiz Abdulqadir Abdullayev Xianqyanq Çxenqi 2-ci raundda nokaut edib.
Qrupun digər görüşündə “Astana Arlans” Cənubi Koreyanın “Pohang Poseidons” klubunu 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xallarını 21-ə çatdıran “Baku Fires” liderliyini davam etdirir. “Baku Fires” növbəti görüşünü fevralın 5-də “Sərhədçi İdman Olimpiya Mərkəzində “Astana Arlans”la keçirəcək.

606