Cüdoçumuz ermənini himnimizi dinləməyə məcbur etdi
29 yanvar 2011 18:59 (UTC +04:00)

Cüdoçumuz ermənini himnimizi dinləməyə məcbur etdi

Lent.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda qazaxıstanlı Yerkebulan Kossayevi məğlubiyyətə uğradıb. Daha öncə Müşkiyev ermənistanlı Qriqor İvanyan, latviyalı Andrey Mager və gürcüstanlı David Asumbanini üstələyib. Finalda Kossayev üzərində də əldə etdiyi qələbə sayəsində cüdoçumuz bürünc medala yiyələnən Mager və ermənistanlı Hovannes Davtyanı Azərbaycan himnini dinləməyə məcbur edib.


Qeyd edək ki, İlqar Müşkiyev 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında keçirilmiş Avropa çempionatında da üçrəngli bayrağımızı dalğalandırıb. Həmin yarışda Müşkiyev gümüş medal qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar