Ukrayna yığmasının futbolçusu “Bakı”da - FOTO
29 yanvar 2011 18:04 (UTC +04:00)

Ukrayna yığmasının futbolçusu “Bakı”da - FOTO

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Aleksandr Starkov ukraynalı hücumçu Ruslan Leviqanı sınaqdan çıxarmağı qərara alıb.

Leviqa axşam məşqinə komanda ilə birgə çıxacaq. O, yanvarın 31-də “Bakı”nın Rumıniya “Panduri”si ilə keçirəcəyi yoxlama matçında sınaqdan çıxarılacaq. Ötən həftə ayağında ağrılar yaranması səbəbi ilə Fransaya müalicəyə yollanan Stefan Borbikoni isə yanvarın 30-da Antalyaya qayıdacaq və “Bakı”nın düşərgəsində olacaq.


Qeyd edək ki, Ruslan Leviqa 1983-cü ilin yanvarın 31-də Ukraynda anadan olub. “Şaxtyor” (Donetsk), “Metallurq” (Donetsk), “Borisfen”, “İlyiçevets”, “Çernomorets”, Rusiyanın “Sokol” (Saratov) klublarında çıxış edib. Onun sonuncu komandası isə Qazaxıstan “Tobol”u olub. Leviqa Ukraynanın gənclərdən ibarət milli komandasında (U-21) 2 oyun keçirib, 1 qola imza atıb. Boyu 185 sm, çəkisi 78 kq-dır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar