Azərbaycan yığmasına İrandan idmançı cəlb olunub
Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərovun Lent.az-a verdiyi məlumata görə, bu, Yusif Fuladzadədir. İranın Ərdəbil şəhərində dünyaya gələn Fuladzadə milliyyətcə azərbaycanlıdır. 20 yaşlı ağırlıqqaldıran 105 kq çəki dərəcəsində çıxış edir. O, 2010-cu ildə keçirilmiş İran çempionatında iki hərəkətin cəmində 353 kq (birdən 163 kq, təkanla 190 kq) nəticə ilə 7-ci yeri tutub. Bununla belə, Əsgərov Fuladzadənin 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacağına ümid etdiklərini bildirib.
Onun sözlərinə görə, bu idmançı indiyədək İran yığmasının heyətində heç bir nüfuzlu yarışda iştirak etmədiyindən, qonşu ölkənin ağırlıqqaldırma federasiyasından razılıq almağa ehtiyac yoxdur. Digər tərəfdən, Fuladzadə öz istəyi ilə Azərbaycan millisinə keçib.
Elşən MƏMMƏDOV

574