Olimpiya çempionunun evi yağmalandı
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 3 qızıl medal qazanan Yamayka sprinteri Useyn Boltun evinə oğru girib.
Lent.az-ın “France Presse”ə istinadən verdiyi məlumata görə, oğrular məşhur idmançının mənzilindən elektron avadanlıqlar aparıblar. Artıq Yamayka polisi hadisə ilə bağlı araşdırmaya başlayıb. Hadisə barədə polisi Useyn Boltun qardaşı Sadeke məlumatlandırıb. O, başqa otaqda yatdığı vaxt oğrular evdən noutbuk, mobil telefonlar və rəqəmsal videokameranı aparıblar. Həmin gecə idmançının özü evdə olmayıb. Polisdən bildirilib ki, oğurlanmış əşyaların ümumi dəyəri 1100 dollar olub.
Bolt iyunun 17-də Çexiyanın Ostrava şəhərində keçirilmiş turnirdə 100 metrlik məsafəni 9,77 saniyəyə qaçaraq, Pekin olimpiadasında özünün müəyyənləşdirdiyi dünya rekordundan 100 mikrosaniyə geri qalıb. Ostravada rekordunu yeniləyə bilsəydi, Bolt təşkilatçılardan 100 min dollar bonus qazanacaqdı.

Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39