Premyer Liqada “Karvan”ı MOİK əvəzləyə bilər
16 iyun 2009 10:30 (UTC +04:00)

Premyer Liqada “Karvan”ı MOİK əvəzləyə bilər

Natiq Əliyev: “Biz hazırıq”

“Hər hansı komanda Premyer Liqadan imtina edərsə, MOİK çempionatda oynamağa hazırdır”. Bu sözləri Lent.az-a açıqlamasında Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi, polkovnik Natiq Əliyev deyib.

Ötən mövsümün nəticələrinə əsasən, Premyer Liqada yerini itirən ordu klubu yenidən yüksək liqada mübarizə aparmaq niyyətindədir. Natiq Əliyevin fikrincə, bundan ötrü MOİK-in bütün imkanları var: “Klubumuzun maddi-texniki bazası var. Gələn çempionatda oyunlarımızı “Şəfa” stadionunda keçirəcəyik. Növbəti mövsümün hazırlığına isə bir neçə gündən sonra başlanılacaq. Komandamız 5-20 iyul aralığında Masallıda təlim-məşq toplanışında olacaq”.

MOİK rəisi heyət və baş məşqçi məsələsinə də toxunub: “Təlim-məşq toplanışı gənc və perspektivli məşqçi Ramil Əliyevin rəhbərliyi altında olacaq. Hazırda heyətdə 17 futbol var. Qarşıdakı günlərdə 5-6 futbolçu ilə də anlaşacağıq. Bir sözlə, komandamız Premyer Liqada oynamağa tam hazırdır”.

Qeyd edək ki, ciddi maliyyə böhranı keçirən “Karvan”ın Premyer Liqanın 2009/2010-cu il mövsümündən imtina edəcəyi gözlənilir. Yevlax təmsilçisinin əvəzinə yüksək liqada çıxış etməyə ən layiqli namizəd qismində MOİK göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1201

Oxşar yazılar