“Beşiktaş” şokda!
Mehmet Topuz “Fənərbağça” ilə müqavilə bağladı
Türkiyənin “Fənərbağça” klubu mövsümlərarası dövrdə ilk futbolçu transferini reallaşdırıb. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, “sarı-lacivərdlilər” “Kayserispor”un yarımmüdafiəçisi Mehmet Topuzla 3 illik müqavilə bağlayıb.
26 yaşlı futbolçu əvvəlcədən “Beşiktaş”la anlaşdığını açıqlasa da, “Fənər” rəhbərliyinin apardığı gizli danışıqlar nəticəsində o, fikrini dəyişdirib. Kayseridən klub prezidenti Əziz Yıldırımın şəxsi təyyarəsi ilə İstanbula gətirilən Topuz iyunun 15-də rəsmi müqaviləyə imza atacaq.
Bu arada “Beşiktaş” klubu daha bir şok xəbəri Nihat Kahveçidən alıb. “Qartallar” özünün yetişdirdiyi Kahveçini İspaniyanın “Vilyarreal” komandasından geri qaytarmaq istəyiblər. Hətta Türkiyə klubu bu hücumçudan ötrü İspaniya təmsilçisinə 5,5 milyon avro ödəməyə razılıq verib. Lakin Nihat karyerasını İspaniyada davam etdirmək istədiyini bildirərək, “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörənə “yox” cavabı verib.

Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39