“Xəzər Lənkəran”dan qovulan futbolçu “Bakı”da
27 yanvar 2011 20:02 (UTC +04:00)

“Xəzər Lənkəran”dan qovulan futbolçu “Bakı”da

Lent.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bir müddət əvvəl “Xəzər Lənkəran”dan qovulan bolqarıstanlı müdafiəçi Radomir Todorov baş məşqçi Aleksandr Starkovun xoşuna gəlsə komandada saxlanılacaq.


Todorov 2007-ci ildən etibarən Lənkəranın "Xəzər Lənkəran" klubunun şərəfini qoruyub.


Hazırda Radomir Todorov transferə çıxarılıb. Müdafiəçi bir neçə gün ərzində komandamızla birgə məşq edəcək.



“Bakı”nın baş məqşçisi Aleksandr Starkovun istəyi ilə komandanın əvəzedici heyətində çıxış edən Nurlan Novruzov və Nicat Abdullayev də Antalyaya yollanıb.


Qeyd edək ki, hər iki futbolşu ampluaca hücumçudur. Nurlan Novruzovun 17 (1993-cü il təvvəllüdlü), Nicat Abdullayevin isə 18 (1992) yaşı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar