“Qalatasaray” Hakan Şükürə “qayıt” dedi
27 yanvar 2011 19:27 (UTC +04:00)

“Qalatasaray” Hakan Şükürə “qayıt” dedi

Lent.az-ın məlumatına görə, bu haqda keçirdiyi mətbuat konfransında klubun Rəyasət Heyətinin üzvü Yılmaz Toköz açıqlama verib.


“Qalatasaray” rəsmisi komandanın hücum xəttində ciddi problemlər yaşadıqlarını xatırladıb. Onun sözlərinə görə, 39 yaşlı sabiq forvarddan qısa müddətə də olsa, heyətə dönməsi xahiş olunub. Toköz Şükürün bu təklifə müsbət yanaşdığını bildirib: “Hakan bir aylıq məşqdən sonra oynaya bilər. Mən onun qısa müddətə də olsa, futbol oynamasının gərəkliyinə və “Qalatasaray”a faydalı olacağına inanıram. Özü ilə görüşdüm. Məşq sarıdan çatışmazlığının olduğunu söyləməyinə baxmayaraq, israr etdim. Ən azı, bəzi matçlarda oynaya biləcəyini söylədim. Dünyada buna bənzər hallar olub. Hakan Şükür qısa müddətdə yenidən futbola qayıda bilər”.


Toköz Hakan Şükürün “Qalatasaray”da futbola dönüşü ilə əlaqədar sabiq klub prezidentləri Ali Tanrıyar, Ali Uras və Mehmet Cansunla görüşdüyünü, onların bu fikrə müsbət yanaşdıqlarını vurğulayıb. Klub rəsmisinin fikrincə, Şükürün daha 3 ay futbol oynamasından “Qalatasaray” heç nə itirməyəcək.


Qeyd edək ki, Hakan Şükür 2008-ci ildə “Qalatasaray”ın heyətində Türkiyə çempionu olduqdan sonra futbolçu karyerasını başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar