Jüstin Enen yenidən karyerasını başa vurdu
27 yanvar 2011 14:16 (UTC +04:00)

Jüstin Enen yenidən karyerasını başa vurdu

Lent.az-ın məlumatına görə, 28 yaşlı belçikalı idmançı özünün rəsmi saytında bu barədə açıqlama verib.

O deyib ki, 2010-cu ildə “Uimbldon” turnirində dirsək oynağından aldığı zədəni son bir neçə həftə ərzində yenidən təzələyib. Tennisçi bildirib ki, son zamanlar hər gün dirsəyində ağrılar hiss edib, tibbi müayinə nəticəsində isə bir daha yüksək səviyyədə oynaya bilməyəcəyi müəyyənləşib. Enenin fevralın əvvəlində Belçikanın Antverpen şəhərində keçiriləcək Federasiya Kubokunda ABŞ-a qarşı çıxışı gözlənilirdi. Həmin oyunda amerikalı Vinus və Serena Uilyams bacılarının da zədə üzündən oynamayacaqları öncədən məlum idi.

Qeyd edək ki, Jüstin Enen ilk dəfə 2008-ci ildə Qadın Tennisçilər Assosiasiyasının (WTA) reytinqində birinci yerdə ikən karyerasını başa vurduğunu elan edib. O, iki il sonra böyük idmana qayıdıb və “Australian Open”in finalınadək irəliləyib. Lakin 2011-ci ildə keçirilən analoji yarışda Enen üçüncü dövrədə rusiyalı Svetlana Kuznetsovaya yenilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar