UEFA Cənubi Qafqaz Kuboku yarışlarının keçirilməsini təklif edir
26 yanvar 2011 16:44 (UTC +04:00)

UEFA Cənubi Qafqaz Kuboku yarışlarının keçirilməsini təklif edir

Gürcüstan Futbol Federasiyasının prezidenti Zviyad Siçinava gələcəkdə Cənubi Qafqaz ölkələrinin futbol çempionatının keçirilə biləcəyini söyləyib. Lent.az-ın “sports.ru” saytına istinadən verdiyi məlumata görə, Zviyad Siçinava deyib ki, Azərbaycan və Ermənistan futbol federasiyaları ilə dostluq münasibətləri var, Azərbaycan Futbol Federasiyasının baş katibi Elxan Məmmədov və Ermənistan Futbol Federasiyasının icraçı direktoru Armen Minasyana böyük hörmətlə yanaşır.

O bildirib ki, UEFA tez-tez Cənubi Qafqaz ölkələrinin futbol çempionatlarının yaradılmasını təklif edir: “Mən Azərbaycan və Ermənistan futbol federasiyalarının rəhbərləri ilə danışmışam. Hər iki tərəf bunun qeyri-mümkün olduğunu söyləyib. Ümid edirəm ki, nə vaxtsa bu təşəbbüs dəstəklənəcək və Cənubi Qafqaz Kuboku ən yaxşı yarışlardan biri olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar