“Arsenal”ın baş məşqçisi “Neftçi”ni təriflədi - FOTO
26 yanvar 2011 11:08 (UTC +04:00)

“Arsenal”ın baş məşqçisi “Neftçi”ni təriflədi - FOTO

Komandanızın Antalyada təlim-məşq toplanışı keçəcəyini öyrənən kimi, menecerlərimiz dərhal fəaliyyətə başladılar və qarşı tərəfə yoxlama matçı oynamaq təklif etdilər. Minnətdaram ki, “Neftçi” rəhbərliyi təklifimizi müsbət cavablandırdı”. Lent.az-ın məlumatına görə, bu sözləri Ukraynanın "Arsenal" klubunun baş məşqçisi Yuri Bakalov “Neftçi”nin rəsmi saytına müsahibəsində deyib.

O, Antalyada rəqib qismində niyə məhz flaqmanla qarşılaşmaq istəklərinin səbəbini açıqlayıb: “Azərbaycan futbolu Ukraynadakından fərqlənir. Sizdə texnikalı, ağıllı oyuna üstünlük verirlər. Belə ölkənin komandası ilə qarşılaşmaq çox maraqlıdır”.

45 yaşlı ukraynalı mütəxəssis “Neftçi”, eləcə də Azərbaycan futbolu barədə kifayət qədər məlumatlıdır: “Hazırkı “Neftçi” barədə xeyli məlumatımız var. Bilirik ki, Azərbaycanda ən çox çempion olan klubdur. İndi turnir cədvəlinin birinci pilləsində qərarlaşıb və növbəti çempionluğa əsas namizəddir. Bundan başqa, Azərbaycan çempionatının səviyyəsinin ildən-ilə inkişaf etdiyini bilirik. Sizdə futbola külli miqdarda sərmayə qoyulur, infrastruktur yaxşılaşıb”.

Bakalov vurğulayıb ki, sabahkı oyunda nəticə önəm daşıyır: "Komandamızda iki təcrübəli futbolçu var. Bunlardan biri Maksim Şatskix Özbəkistan yığmasının heyətində Asiya Kubokuna qatılıb. Digər təcrübəli futbolçumuz, UEFA Kubokunun qalibi Rolan Qusev isə sabahkı görüşdə forma geyinəcək. Futbolçularımı iş başında görüb, onların hansı durumda olduqlarını yoxlamaq istəyirəm. “Neftçi” ilə oynayacağımıza görə nəticə bizə vacibdir”.

Qeyd edək ki, “Neftçi” – “Arsenal” qarşılaşması yanvarın 26-da keçiriləcək. “Mardan Antalyaspor” stadionunun ikinci meydançasında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar