Azərbaycan yığmasının sabiq müdafiəçisi “Anji”də
Lent.az-ın məlumatına görə, Ağayevin sonuncu klubu Rusiyanın ikinci divizionunda qərb zonasında mübarizə aparan “Volqa” olub.
37 yaşlı həmyerlimiz bundan sonra Rusiyanın “Anji” komandasının rəisi vəzifəsində çalışacaq. Bu haqda Mahaçqala klubunun saytında rəsmi məlumat yoxdur. Amma “Volqa”nın saytında Ağayevin “Anji”də rəis kimi çalışacağı bildirilir və ona yeni işində uğurlar arzulanır.
Qeyd edək ki, Emin Ağayev vaxtilə bir sıra klublarda, o cümlədən “Anji”də futbolçu kimi çıxış edib. Ağayev Mahaçqala komandasında çalışan üçüncü azərbaycanlı olacaq. Onadək Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürov və yığmamızın sabiq baş məşqçisi Vaqif Sadıqov “Anji” ilə müqavilə bağlayıb. Sadıqov bu komandada böyük məşqçi vəzifəsini tutur.

602