“Xəzər Lənkəran” dördüncü matçında da uduzdu
25 yanvar 2011 11:18 (UTC +04:00)

“Xəzər Lənkəran” dördüncü matçında da uduzdu

Lent.az-ın məlumatına görə, Lənkəran klubu “Qloriya Serenti” otelinin meydançasında Ukraynanın “Zarya” (Luqansk) komandası ilə görüşüb.

Baş məşqçi Mirça Rednik matçda demək olar ki, yalnız baxışda olan futbolçulara şans verib. İlk yarısı 0:1 hesabı ilə başa çatan matçın ikinci hissəsində rəqib növbəti qolu vurub. Lakin 60-cı dəqiqədə Alim Qurbanov fərqi azalda bilib. Bununla belə sona 15 dəqiqə qalmış “Zarya” yekun nəticəni müəyyənləşdirib – 3:1.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın 4 futbolçusu matçda iştirak etməyiblər. Elnur Abdullayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev ve Kamran Ağayev Azərbaycan yığmasının Dubay toplanışı ilə əlaqədar Vətənə dönüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar