Telman İsmayılovdan “Neftçi”yə jest
24 yanvar 2011 19:01 (UTC +04:00)

Telman İsmayılovdan “Neftçi”yə jest

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı – İstanbul - Antalya reysi ilə səfərə çıxan flaqman günorta saatlarında mənzil başına yetişib.

Komanda üzvləri "Mardan" İdman Kompleksində məskunlaşıblar. Antalyada "Mardan" İdman Kompleksinə məxsus 3 min azarkeş tutumu olan stadion da "Neftçi"nin ixtiyarına verilib. Bu meydançada yalnız "Neftçi"nin futbolçuları məşq edəcək və nəzərdə tutulan yoxlama görüşlərindən bir neçəsi bu arenada baş tutacaq.

"Ağ-qaralar"ın əsas üzvlərindən yalnız Alessandro Viana da Silva hazırlıqda iştirak etməyəcək. O, zədəsini müalicə etdirmək məqsədilə Braziliyaya yollanır. Bununla belə, komandanın makedoniyalı futbolçuları – İqor Mitreski və Slavço Georgiveski də Antalyada flaqmanın düşərgəsindədir. Həmçinin, əvəzedici heyətdən Malik Babayev, Eltun Yaqublu və Kərim Diniyev Antalyaya aparılıb. "Neftçi" ikinci təlim-məşq toplanışı çərçivəsində ilk məşqinə bu gün Bakı vaxtı ilə saat 19:00-da çıxacaq.

Qeyd edək ki, fevralın 4-dək davam edəcək hazırlıq prosesində 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. “Mardan Palace” əslən azərbaycanlı biznesmen Telman İsmayılova məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar