Dünyanın ən güclü tennisçisini kenquru dişlədi - FOTO
24 yanvar 2011 20:01 (UTC +04:00)

Dünyanın ən güclü tennisçisini kenquru dişlədi - FOTO

Lent.az-ın məlumatına görə, danimarkalı tennisçi “yazıq kenquru”nu xilas etməyə cəhd üstündə xəstəxanaya düşdüyünü bildirib.

O, hadisəni belə nəql edib: “Melburn parkında gəzərkən həyat əlamətləri olmadan yerə uzanmış balaca kenquru aşkarladım. Qorxdum və düşündüm ki, ona kömək etmək, həkimə aparmaq lazımdır. Lakin kenquruya yaxınlaşdıqda yerindən sıçradı və üstümə tullandı. O, dırnaqları ilə dərimi cızdı. Mən ondan qaçıb aralanmalı oldum. Həkim yaraya bir neçə tikiş qoydu. Lakin bu, mənə oynamağa mane ola bilərdi. O zaman yaranın kənarını xüsusi örtüklə yapışdırdılar. Mən elə onunla da korta çıxdım”.

Kenquru ilə tutuşması Voznyatskiyə 1/8 finalda latviyalı Anastasiya Sevastovanı yenməkdə problem yaratmayıb – 6:3, 6:4.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar