Tennis tarixində 4 saat 44 dəqiqəlik rekord
24 yanvar 2011 17:48 (UTC +04:00)

Tennis tarixində 4 saat 44 dəqiqəlik rekord

Lent.az-ın məlumatına görə, qadınların fərdi mübarizəsində rusiyalı Svetlana Kuznetsova ilə italiyalı Françeska Skyavone arasında keçirilmiş 1/8 final matçı 4 saat 44 dəqiqə davam edib.

Bunun 3 saatı həlledici 3-cü setə təsadüf edib. Kuznetsova ilə Skyavone qadın tennisinin ən yeni tarixi ərzində ən uzun qarşılaşma oynayıb. Əvvəlki “Böyük dəbilqə” turnirlərində rekord rusiyalı Regina Kulikova ilə çexiyalı Barbora Zaqlavova-Strıkova arasındakı qarşılaşmada qeydə alınıb – 4 saat 19 dəqiqə.

Bu dəfə isə birinci setdə Skyavone 6:4, ikincisində isə Kuznetsova 6:1 hesablı qələbə əldə edib. “Böyük dəbilqə” turnirlərində “tay-breyk” olmadığı üçün rəqiblər iki geym üstünlüyü əldə edənədək mübarizə aparıblar. Buna isə uzun müddət heç bir tennisçi nail ola bilməyib. Hər halda yekunda Skyavone qələbə qazanıb – 16:14.

Maraqlıdır ki, görüşdən sonra keçirilmiş mətbuat konfransında Kuznetsova zarafatından qalmayıb: “Mən görüşlərin davam etmə rekordunu qırmağa çalışırdım. Lakin Françeska qarşılaşmanı düşündüyümdən də tez başa vurdu. Əlbəttə, görüşün gedişində 6 “matç-bol”u dəqiq vura bilmədim. Lakin rəqibim bütün epizodlarda çox inamlı oynadı. Həlledici anda Françeska daha yaxşı təsir bağışladı”.

Qeyd edək ki, Françeska Skyavonenin növbəti rəqibi danimarkalı Karolina Voznyatski olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar