Qvardiola: “Mourinyo dünyanın ən yaxşı məşqçisidir”
24 yanvar 2011 22:29 (UTC +04:00)

Qvardiola: “Mourinyo dünyanın ən yaxşı məşqçisidir”

Lent.az-ın məlumatına görə, Qvardiola “Real”ın “Barsa” ilə 5 xaldan çox geri qalacağı halda vəziyyətin kritikləşəcəyi barədə Mourinyonun açıqlamasına münasibət bildirərkən belə deyib.

O, portuqaliyalı mütəxəssislə razılaşmadığını söyləyib: “Çempionatın sonunadək “Real” kimi rəqiblə mübarizədə turnir cədvəlindəki vəziyyətə aydınlıq gələ bilməz. Yanvarın 23-də isə aradakı fərq 4-ə enib. Çünki “kral klubu”nun sükanı arxasında dünyanın ən yaxşı məşqçisi durur. Onun rəhbərliyi altında əla komanda çıxış edir”.

Qeyd edək ki, İspaniya çempionatının ilk dövrəsində “Barselona” “Real”ı darmadağın edib – 5:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803

Oxşar yazılar