Futbol oynamaqdan yorulmayıb...
Braziliyanın “San-Paulu” klubu məşhur futbolçu Rivaldonu 2011-ci ilin sonlarınadək icarəyə götürüb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Braziliya yığmasının sabiq yarımmüdafiəçisi yeni komandasının formasını tezliklə geyinəcək.
Əvəzində onun müqavilə ilə bağlı olduğu və həm də prezidentlik etdiyi “Moci Mirim” klubuna “San-Paulu”nun əsas heyətə nadir hallarda düşən bir neçə oyunçusu yollanacaq.
Qeyd edək ki, 2010-cu ilin sonlarınadək Rivaldo “Moci Mirim”i Braziliya A seriyasına çıxarmaq istəyirdi. Amma indi 39 yaşlı ulduz dünyanın aparıcı klublarından birində oynamağı qərara alıb.

520