Şevçenko “Dinamo”nun kapitanlığından məhrum edildi
24 yanvar 2011 14:44 (UTC +04:00)

Şevçenko “Dinamo”nun kapitanlığından məhrum edildi

Lent.az-ın “Seqodnya” nəşrinə istinadən verdiyi məlumata görə, Syomin 2010-cu ilin ikinci yarısında “Dinamo”nun sarğısını daşımış Andrey Şevçenkonu kapitanlıqdan məhrum edib.

Baş məşqçi kapitan seçimində çətinlik çəkdiyini, Şovkovskinin namizədliyində isə məhz qapıçının “Dinamo”da daha çox oyun keçirməsi səbəbindən dayandığını bildirib. Syomin Rusiya “Lokomotiv”ində çıxış edən əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Əliyevlə danışıqların gedişi barədə də danışıb. Onun sözlərinə görə, danışıqlar prosesində ən müxtəlif nüanslar var: “Məsələn, qorunması lazım olan pullar. Lakin iş gedir”.

Qeyd edək ki, Andrey Şevçenko “Dinamo”da 1994 – 1999-cu illərdə çıxış edib. Sonra o, İtaliyanın “Milan” klubuna keçib. 35 yaşlı hücumçu İngiltərənin “Çelsi” komandasında da oynadıqdan sonra 2009-cu ilin avqustunda “Dinamo”ya qayıdıb.2010-cu ilin iyulunda o, Kiyev komandasının kapitanı təyin olunub. 36 yaşlı Aleksandr Şovkovski isə “Dinamo”da 1993-cü ildən çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913

Oxşar yazılar