Qətərin hakim ailəsindən “Mançester Yunayted”ə 1,5 milyard funt
Lent.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, mümkün alıcı qismində ölkənin hakim ailəsinin nəzarətində olan “Qatar Holding” şirkəti çıxış edib.
Lakin “Mançester Yunayted”in hazırkı sahibləri olan Qleyzerler ailəsinin təmsilçiləri onlara komandanın alınması üçün təklif gəlmədiyini rəsmən təkzib ediblər. Bununla belə, klubun hazırkı sahibləri ilə Qətər tərəfi arasında dekabrda danışıqların aparıldığı mətbuata sızıb. Qətərin hakim ailəsi təbii resurslarla zəngin ölkənin dekabrda 2022-ci il dünya çempionatının təşkilatçılıq hüququna yiyələnməsindən sonra dünyaca qüdrətli İngiltərə klubunu almaq istəyinə düşüb.
Lakin hazırda danışıqların dayandırıldığı bildirilir. Çünki Qleyzerlər ailəsi həddən artıq böyük məbləğ – 2 milyard funt istəyib. Lakin Britaniya mətbuatı iddia edir ki, bir müddət sonra Qətər tərəfi yeni və daha səxavətli təkliflə çıxış edə bilər. Hətta 1,5 milyard dollara satacaqları halda belə, Qleyzerlər gəlir götürəcəklər. Çünki onlar “Mançester Yunayted”i 2005-ci ildə 800 milyon funta alıblar.
Hazırda Qətər dünya futbolunda nüfuzunu möhkəmləndirmək üçün səylər göstərir. Dekabrın ortalarında Qətər xeyriyyə fondu İspaniyanın “Barselona” klubu ilə oyunçuların formalarında loqotipin yerləşdirilməsini nəzərdə tutan dünya futbolunda görünməmiş sponsorluq müqaviləsi imzalayıb. Müqavilənin məbləği 125 milyon funt olsa da, klubun uğurlu çıxışı təqdirində yüksələ bilər.

572