Azərbaycanın “İnter”i “Birlik kuboku”nun qalibi oldu
23 yanvar 2011 21:04 (UTC +04:00)

Azərbaycanın “İnter”i “Birlik kuboku”nun qalibi oldu

APA-nın məlumatına görə, Azərbaycan çempionu “İnter” finalda Belarusun “Şaxtyor” komandasına qalib gələrək, kuboka sahib çıxıb.

Əsas və əlavə vaxtda hesab açılmadığından qalibi oyun sonrası penaltilər müəyyənləşdirib. Penaltilər seriyasında “İnter” “Şaxtyor”a 6:5 hesabı ilə qalib gəlib.

Bununla da, “Birlik kuboku” 3-cü dəfə Azərbaycan komandasına qismət olub. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə isə “Xəzər Lənkəran” “Birlik kuboku”na sahib çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar