Amit Quluzadə “Fənərbağça”nın təklifindən imtina etdi
Lent.az-ın məlumatına görə, Quluzadə “Fənərbağça” rəhbərliyinin şəxsi müqavilə şərtlərini qəbul etməyərək, onlara “yox” cavabı verib. 18 yaşlı yarımmüdafiəçi İstanbul klubunda oynamaqdan imtina etməsinin səbəbləri və gələcək planları barədə “Neftçi”nin rəsmi saytına müsahibəsində danışıb:
- Öncə bilmək istərdik ki, Bakıya qayıdışın nə ilə bağlıdır?
- “Fənərbağça” rəsmiləri mənimlə müqavilə bağlamaq istəyirdilər. Bu məqsədlə İstanbul komandasının nümayəndəsi Antalyada keçirilən təlim-məşq toplanışı zamanı “Neftçi”nin düşərgəsinə gəlmişdi. İki klub arasında mənim transferimlə bağlı bütün məsələlər həll olundu. Yanvarın 12-də isə mən “Fənərbağça” ilə müqavilə bağlamaq üçün İstanbula yollandım. Çox sağ olsunlar, yaxşı qarşıladılar. Orada olduğum bir həftə ərzində onlarla 4 dəfə danışığımız oldu. Ancaq şərtlərimiz üst-üstə düşmədiyindən, müqavilə bağlamaqdan imtina etdim.
- Əsasən hansı məsələlərdə razılığa gələ bilmədiniz?
- “Fənərbağça” rəsmiləri 3 illik müqaviləyə imza atmağımı istəyirdilər. Lakin əsas komandaya cəlb olunub-olunmayacağım bilinmirdi. Onlar buna zəmanət vermirdilər. Hələlik əvəzedici heyətdə forma geyinəcəyimi söyləyirdilər. Təbii ki, bu şərti qəbul edə bilməzdim. Düzünü deyim ki, anlaşmanın maliyyə tərəfini düşünmürdüm. Amma gözləmədiyim halda, “Neftçi”dəki müqaviləmdən daha aşağı şərtlər təklif etdilər. Ən vacibi odur ki, daim oynayım, meydançada olum. Əvəzedici heyətdə isə 2-3 il forma geyinib, irəliləyişə nail olmağım qeyri-mümkündür. Əksinə orada gözdən uzaq olacaqdım, Azərbaycan yığmasındakı yerimi itirə bilərdim. Bundan başqa, istənilən vaxt “Fənərbağça”nın baş məşqçisi Aykut Kocamanı istefaya göndərə bilərlər. O, komandadan getdikdən sonra havada qalacaqdım. Gələcəyimi fikirləşib, “Neftçi”yə qayıtmaq qərarına gəldim.
- “Fənərbağça” rəsmilərinin sənin “yox” cavabına reaksiyaları necə oldu?
- Bu məsələ “Fənərbağça” İdman Klubunun prezidenti Əziz Yıldırım səviyyəsində də müzakirə edildi. O da mənimlə müqavilə bağlanması üçün göstərişlərini vermişdi. Rəsmi şəxslərlə 4 dəfə söhbətləşib, müqavilədən imtina etdim. Son görüşümüzdə onlarla halallıqla ayrıldım.
- Gələcək planların nədən ibarətdir?
- Bakıya döndükdən sonra şəxsən “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovla görüşdüm və ondan xahiş etdim ki, flaqmanda çıxışı davam etdirim. Baş məşqçi Arif Əsədov da burada oynamağımı istəyirdi. Qarşıdakı 6 ayı “Neftçi”də keçirib, çempionluq sevinci yaşamaq istəyirəm. Hazırda mənə bir sıra klublardan təkliflər var. Lakin onların heç birinə fikir vermirəm. Bütün diqqətimi “Neftçi”dəki çıxışıma yönəltmişəm. Altı aydan sonra flaqman rəhbərliyi hansı kluba keçməyimi məsləhət görsə, belə də edəcəyəm. Başda Sadıq Sadıqov olmaqla, “Neftçi” PFK-nın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Flaqman rəsmiləri “Fənərbağça”ya transferim müqabilində bir qəpik də istəmədilər. Əksinə, yerli futbolçunun milli komandanın naminə xarici klubda oynamasının tərəfdarı idilər. Həmçinin, məni yaxşı qarşıladığına, müalicəmin davam etdirilməsinə göstərdiyi köməyə görə “Fənərbağça” rəhbərliyinə də təşəkkürümü çatdırıram.

627