Əsgərliyə çağırılan futbolçular MOİK-ə keçdilər
Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, gənc yarımmüdafiəçi yeni komandasında yanvarın 21-də AZAL-ın əvəzedici heyəti ilə görüşdə debüt edib. Baş məşqçi Ramil Əliyev Cəfərquliyevin oyunundan razı qaldığını bildirib: “İlk oyunu olmasına baxmayaraq, Emin ümumi ansamblda yaxşı təsir bağışlayırdı. Yəni, Cəfərquliyev ümidləri doğrultdu. İstənilən halda, heyətdə gənc futbolçulara yer verəcəyik. Məqsədimiz həm Azərbaycan futbolunun inkişafına töhfə vermək, həm də Premyer Liqada qalmaqdır”.
Həqiqi hərbi xidmətdə olan Nizami Hacıyev və Bəxtiyar Soltanovun da yaxın günlərdə MOİK-in sıralarına qoşulacağı gözlənilir. “Hərbçilər” növbəti yoxlama matçına yanvarın 25-də çıxacaqlar.
Qeyd edək ki, görüş MOİK-in qələbəsi ilə başa çatıb – 2:0. Qolları Rafael Qəvami və Orxan Babayev vurub.

639