Adnan Polat özünün yox, 3 klub rəsmisinin istefasına qərar verdi
21 yanvar 2011 18:39 (UTC +04:00)

Adnan Polat özünün yox, 3 klub rəsmisinin istefasına qərar verdi

“Qalatasaray”ın prezidenti Adnan Polat klubun idarə heyətində yer alan Mehmet Helvacı, Doğan Yalçınkaya, Vedat Eşkinatı istefaya çağırıb. Lent.az-ın məlumatına görə, Polat Mehmet Helvacının son açıqlamalarını xəyanət kimi dəyərləndirib.

Klub prezidenti bildirib ki, heç kim onu hədələyə, şantaj edə bilməz: “Mehmet Helvacı, Doğan Yalçınkaya, Vedat Eşkinatı qürurlu insanlar kimi istefaya dəvət edirəm. “Qalatasaray” başqanı aslandır, quzu deyil. Onlardan gün ərzində istefa ərizələrini gətirmələrini rica edirəm”.

Polat bildirib ki, ona yalnız “Qalatasaray” azarkeşi etiraz edə bilər: “Mənə etiraz edəcəksə, “Qalatasaray” azarkeşi etiraz etsin. Bizi asacaqsa, “Qalatasaray” azarkeşi assın. Başqası asa bilməz”.

Qeyd edək ki, Mehmet Helvacı klubun idarə heyətinin ötən gün keçirilmiş toplantısında Adnan Polata qərar qəbul etmək üçün 24 saat möhlət verdiklərini deyib: “Mən baş verən olaylarla əlaqədar müəyyən addımlar atmalı olduğumuzu, səssiz durmağımızın yanlış olduğunu, azarkeşlərə cameəmizin sahib çıxma vaxtının çoxdan gəlib çatdığını söylədim və bir sıra təkliflər verdim. Bundan sonra klub prezidentinin 24 saat ərzində bir qərar verəcəyini söyləyərək ayrıldıq. Gözləyirik, görək prezidentimiz bu təkliflərə necə reaksiya verəcək. Hamımız görəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar