“Bakı”nın 3 futbolçusunun qovulma səbəbi məlum oldu
21 yanvar 2011 18:09 (UTC +04:00)

“Bakı”nın 3 futbolçusunun qovulma səbəbi məlum oldu

Bu haqda Lent.az-a klubun Media və Marketinq Departamentinin direktoru Nəriman Mehdiyev məlumat verib.

Mehdiyevin sözlərinə görə, həmin oyunçular Jaba, Leandro Roşa və Cefferson Anqulodur. Latviyalı mütəxəssisi belə sərt tədbirə əl atmağa braziliyalı legionerlərin təlim-məşq toplantısına gecikmələri vadar edib. Cənubi amerikalı legionerlər yanvarın 15-dən Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçən “Bakı”nın düşərgəsinə bu gün qoşulublar. Starkov isə onları məşqə və Qazaxıstanın “Akjayik” klubu ilə yoxlama matçına buraxmayıb.

Klub rəsmisi hələlik bu futbolçuların komandadan xaric olunmaları barədə rəsmi qərarın verilmədiyini söyləyib: “Jaba və Roşa əsas heyət oyunçularıdır, bir sıra oyunlarda “Bakı”ya vacib qələbə gətirən qollara imza atıblar. Baş məşqçimiz isə onları yaxından tanımır. Starkov 3 futbolçunu nəyə görə komandadan kənarlaşdırdığını rəhbərliyə əsaslandırmalıdır. Bundan sonra klubumuz rəsmi qərar verəcək”.

Qeyd edək ki, Jaba və Leandro Roşa braziliyalı, Cefferson Anqulo isə kolumbiyalıdır.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar