Adnan Polat bu axşam “Qalatasaray” prezidentliyindən istefa verə bilər
21 yanvar 2011 11:13 (UTC +04:00)

Adnan Polat bu axşam “Qalatasaray” prezidentliyindən istefa verə bilər

Lent.az-ın məlumatına görə, bu haqda “NTV Spor” telekanalına açıqlamasında “sarı-qırmızılar”ın I vitse-prezidenti Mehmet Helvacı bildirib.

Helvacı klubun idarə heyətinin ötən gün keçirilmiş toplantısında baş verənlərdən danışıb: “İclasda hər hansı bir qərar verilmədi. Sadəcə, mən baş verən olaylarla əlaqədar müəyyən addımlar atmalı olduğumuzu, səssiz durmağımızın yanlış olduğunu, azarkeşlərə cameəmizin sahib çıxma vaxtının çoxdan gəlib çatdığını söylədim və bir sıra təkliflər verdim. Bundan sonra klub prezidentinin 24 saat ərzində bir qərar verəcəyini söyləyərək ayrıldıq. Gözləyirik, görək prezidentimiz bu təkliflərə necə reaksiya verəcək. Hamımız görəcəyik”.

I vitse-prezident hansı qərardan söhbət getdiyini açıqlamayıb. Lakin Adnan Polatın “Qalatasaray”ın prezidenti vəzifəsindən istefa verəcəyi istisna deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar