Ronaldu: “Oğlumun altını belə dəyişdirirəm”
20 yanvar 2011 16:06 (UTC +04:00)

Ronaldu: “Oğlumun altını belə dəyişdirirəm”

“Real” (Madrid) klubunun ulduz futbolçusu Kriştian Ronaldu ilk dəfə oğlu Kriştian Jnr barədə danışıb.

Lent.az-ın “Marca” qəzetinə istinadən verdiyi məlumata görə, Kriştian Ronaldu bəzən oğlunun paltarlarını, hətta altını belə özü dəyişdirdiyini söyləyib.

Hər zaman futbola görə oğlunun yanında olmadığını söyləyən Ronaldo oğluna əsasən həyat yoldaşı baxsa da, oğluna qulluqla bağlı çətinliklərdən heç vaxt qaçmadığını vurğulayıb. O, oğlunun da özü kimi məşhur bir futbolu olmasını arzuladığını da etiraf edib.

Qeyd edək ki, Kriştian Ronaldu keçən ilin iyun ayında “Facebook”dakı səhifəsində ata olduğunu yazaraq hər kəsi heyrətə salıb. Keçən həftə isə uşağın surroqat anadan, 20 yaşlı bir ingilis tələbə qızdan olduğu və qadının uşaqdan vaz keçməsi üçün 10 milyon sterlinq ödəndiyi yazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar