“Qalatasaray” kolumbiyalı qapıçı aldı
Lent.az-ın “LigTV”yə istinadən verdiyi məlumata görə, “Cim-Bom” kolumbiyalı qolkiper Robinson Zapata ilə anlaşıb.
Tezliklə İstanbula gələcək 32 yaşlı qapıçı yanvarın 20-də rəsmi müqaviləyə qol çəkəcək. Müqavilənin detalları açıqlanmır. Hələlik “Qalatasaray”ın rəsmi saytı xəbəri təsdiqləməyib.
Qeyd edək ki, 30 sentyabr 1978-ci ildə anadan olan Robinson Zapatanın son klubu Rumıniya “Styaua”sı olub. 2007-ci ildən Kolumbiya yığmasına çağırılan Zapata 3 dəfə milli komanda formasını geyib. Əvvəllər “Qalatasaray”da daha bir kolumbiyalı qapıçı Fərid Mondraqon da çıxış edib. Mondraqon 2001 – 2007-ci illərdə “sarı-qırmızılar”ın şərəfini qoruyub.

604