Olimpiya çempionu idmandan ömürlük kənarlaşdırıldı
19 yanvar 2011 15:11 (UTC +04:00)

Olimpiya çempionu idmandan ömürlük kənarlaşdırıldı

Lent.az-ın “İnterfax”a istinadən verdiyi məlumata görə, konkisürən bir daha dünya və Avropa çempionatlarında, ən əsası isə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.

İSU Plyuşenkonu birbaşa direktivi pozması ilə əlaqədar uzaqlaşdırmaq istədiyini bildirərək, ona apellyasiya üçün vaxt verib. Lakin idmançı apellyasiya verməyib. 2010-cu ilin yazında ayağındakı zədəyə əsaslanan konkisürən İtaliyanın Turin şəhərində keçirilmiş dünya çempionatına qatılmayıb. Əvəzində o, “Buz kralları” adlı teleşouda çıxış edib. Halbuki zədəsinin tibbi araşdırması başa çatmayanadək Plyuşenkonun hər hansı yarışda iştirak hüququ olmayıb.

Qeyd edək ki, Plyuşenko “Eurovision-2008” Mahnı Müsabiqəsinin iştirakçısı olub və rusiyalı müğənni Dima Bilanın qalib gəlməsinə kömək edib. O, müğənni çıxış edən zaman səhnədə buz üzərində rəqs edib.

İdmançının qayıdışı üçün yeganə mümkün variant Yevgeni Plyuşenkonun idmana dönüşü barədə Rusiya Fiqurlu Konkisürmə Federasiyası tərəfindən məsələ qaldırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar