“Beşiktaş”ın oyunçusuna qarşı transseksualı zorlama ittihamı
19 yanvar 2011 11:15 (UTC +04:00)

“Beşiktaş”ın oyunçusuna qarşı transseksualı zorlama ittihamı

Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, İstanbul Cümhuriyyət Məhkəməsinin hazırladığı ittihamnaməyə əsasən, Ulusoy gecə klubunda tanış olduğu Gökhan T.-ni evinə dəvət edərək, onunla cinsi əlaqəyə girmək istəyib. Gökhan T. isə təklifi rədd edib. Bundan sonra Ulusoy transseksualı zorlayıb. Onun barəsində cinsi təcavüz və qəsdən yaralama ittihamı ilə 3 ildən 10 ilədək həbs cəzası tələbilə cinayət işi açılıb.


Lakin Fatih Ulusoy özünə qarşı irəli sürülən ittihamları rədd edib. Olay günü dostu Yevgeni Bakumovski ilə bara getdiklərini deyən Ulusoy orada dostunun Göhkan T. ilə tanış olduğunu açıqlayıb. Onun sözlərinə görə, bardan evə üçü araqla qayıdıb. Yevgeni həddən artıq spirtli içki qəbul etdiyi üçün yatıb. Gökhan T. isə mətbəxə keçərək özünə yemək hazırlamağa başlayıb. Ulusoy onun səsindən və hərəkətlərindən transseksual olduğunu anlayıb. O, qonağın dərhal evi tərk etməsini tələb edib. Bu zaman Gökhan T. Ulusoya pul qarşılığında onunla sekslə məşğul olmağı təklif edib. Lakin voleybolçu bu təklifi rədd edib və qonağın evi tərk etmək istəmədiyini gördükdən sonra evinin qarşısındakı mühafizəçidən taksi çağırmasını xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar