Son 10 ildə dünyanın ən yaxşı futbol hakimi açıqlandı
Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda birinci yeri almaniyalı Markus Merk tutub.
Merk bu dövrdə İFFHS versiyası üzrə 3 dəfə ilin hakimi sayılıb. Siyahı dünyanın müxtəlif ölkələrindən olan ekspertlərlə sorğu nəticəsində müəyyənləşir. Almaniyalı referi 2004, 2005 və 2007-ci illərdə qalib olub. 48 yaşlı Merk 10 illik reytinq cədvəlində ümumilikdə 135 xal yığıb. İkinci yerə 104 xala malik kolumbiyalı Oskar Xulian Ruis layiq görülüb. Üçüncü və dördüncü yerləri isə 96 xalla slovakiyalı Lüboş Mixel və uruqvaylı Xorxe Luis Larionda bölüşdürüblər. 2010-cu ilin ən yaxşı hakimi, ingiltərəli Hovard Uebb 15-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Markus Merk hakim karyerasını 2008-ci ildə başa vurub. Onun idarə etdiyi qarşılaşmalardan ən mühümü 2004-cü il Avropa çempionatının finalında Portuqaliya – Yunanıstan matçı olub. Oyun Yunanıstanın xeyrinə başa çatıb – 1:0.

689