“Birlik Kuboku”nda yenidən Azərbaycan - Ermənistan dueli
18 yanvar 2011 17:14 (UTC +04:00)

“Birlik Kuboku”nda yenidən Azərbaycan - Ermənistan dueli

Lent.az-ın məlumatına görə, ikiqat Azərbaycan çempionu bu dəfə Moldovanın “İskra-Stal” klubunu yenib.

Yeganə topu 80-ci dəqiqədə Rövşən Əmiraslanov vurub. Bununla da xallarının sayını 9-a çatdıran “İnter” A qrupunun lideri kimi ¼ finala yüksəlib. Bu qrupdan ikinci vəsiqəyə isə “İstiklol” (Tacikistan) sahib çıxıb. “İskra-Stal”ın məğlubiyyətindən yararlanan İstiklol” “Neftçi” (Qırğızıstan) komandasını 5:0 hesabı ilə darmadağın edərək, daha yaxşı top fərqi ilə mərhələ adlayıb. Tacikistan çempionu cəmi 4 xal yığa bilib.

¼ finalda “İnter”in rəqibi Ermənistan təmsilçisi “Mika” olacaq. “Mika” B qrupunda 3-cü turun oyununda Özbəkistanın “Bunyodkor” komandasını 2:1 hesabı ilə yenib. Bununla da Ermənistan komandası 4 xalla qrup ikincisi kimi mərhələ adlayıb. Latviya “Skonto”suna 0:3 hesabı ilə uduzan Qazaxıstan “Tobol”u da qrupda 4 xal toplayıb, lakin daha üstün top fərqi ilə əlaqədar “Mika” ¼ finala yüksəlib. “Skonto” isə 7 xalla qrup lideri olub. Latviya təmsilçisinin növbəti rəqibi “İstiklol” olacaq.

Qeyd edək ki, “İnter” – “Mika” matçı yanvarın 19-da Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

"Birlik Kuboku"nda əvvəllər Azərbaycan və Ermənistan təmsilçiləri iki dəfə üz-üzə gəliblər. Hər iki halda "Neftçi" "Pünik"lə qarşılaşıb. 2005-ci ildə 1/4 finala təsadüf etmiş görüşdə komandamız 2:0 hesabı ilə qalib gəlib. Növbəti ilə keçirilmiş yarımfinal görüşünə isə "Pünik" təhlükəsizliyə təminat olmadığını bəhanə edərək çıxmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar