Australian Open: Keçmiş birinci tennisçi biabırcasına uduzdu
18 yanvar 2011 16:05 (UTC +04:00)

Australian Open: Keçmiş birinci tennisçi biabırcasına uduzdu

İlk seti 6:0 hesabı ilə başa vuran olimpiya çempionu ikinci setdə 5:0 hesabı ilə öndə olarkən, rəqibi zədələndiyi üçün mübarizəni davam etdirməkdən imtina edib. Görüş cəmi 47 dəqiqə davam edib.

Böyük britaniyalı Endi Mürreylə slovakiyalı Karol Bek arasındakı görüş də erkən başa çatıb. Mürrey 6:3, 6:1, 4:2 hesabı ilə öndə olduğu vaxt rəqibi mübarizədən çəkilib.

İsveçli Robin Söderlinq italiyalı Potito Staraçeni 6:4, 6:2, 6:2, xorvatiyalı Marin Çiliç ABŞ təmsilçisi Donald Yanqı 6:3, 6:2, 6:1, argentinalı Xuan Martin Del Potro israilli Dudi Selanı 7:6 (15:13), 6:4, 6:4, ispaniyalı David Ferrer isə finlandiyalı Yarkko Niemineni 6:4, 6:3, 1:6, 6:2 hesablı məğlubiyyətə uğradıb.

Qadınların yarışında isə sensasiyalar qeydə alınıb. Dünyanın keçmiş bir nömrəli tennisçisi, rusiyalı Dinara Safinanın belçikalı Kim Kleystersə biabırçı məğlubiyyəti ilə yadda qalıb – 0:6, 0:6. Görüş cəmi 44 dəqiqə çəkib. Əvəzində Safinanın həmyerlisi Vera Zvonaryova avstriyalı Sibil Bammerdən üstün olub – 6:2, 6:1.

Serbiyalı Yelena Yankoviç də rusiyalı Alla Kudryavtsevaya qalib gəlib – 6:0, 7:6 (7:5). Əvəzində şimal qonşularımızın daha bir təmsilçisi Yekaterina Makarova məşhur serbiyalı Ana İvanoviçi üstələyib – 3:6, 6:4, 10:8.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar