Azərbaycanda əcnəbi bukmeyker kontorlarına giriş bağlanacaq
18 yanvar 2011 14:59 (UTC +04:00)

Azərbaycanda əcnəbi bukmeyker kontorlarına giriş bağlanacaq

Lent.az-ın məlumatına görə, bu haqda yanvarın 18-də təşkil olunan mətbuat konfransında qurumun sədri Ahmet Sezer məlumat verib.

O bildirib ki, ən azı 3 oyuna pul qoyuluşunun edilməsi daimi xarakter almayacaq. Sezer gələcək hədəflərinin pul qoyuluşunu minimum 1 matçadək azaltmaqdan ibarət olduğunu vurğulayıb. “Topaz”ın əmsalları isə dünyaca tanınmış bukmeyker şirkətlərinin müəyyənləşdirdiyi əmsallardan fərqlənməyəcək.

Türkiyədə “İddaa” adlı idman mərc oyunlarını həyata keçirən “İnteltek” şirkətini 2004-cü ildə qurduqlarını deyən Sezer 7 ildə 17 milyon dollarlıq dövriyyə ilə dünyada ikinci yeri tutduqlarını açıqlayıb. Onun sözlərinə görə, bu müddətdə basketbol üzrə 2010-cu il dünya çempionatının, Ərzurumda keçiriləcək Qış Universiadasının baş sponsoru, futbol üzrə Türkiyə Superliqasının isə titul sponsoru olublar. Basketbol üzrə dünya çempionatının oyunları üçün iki arena tikiblər: “Biz bu işlərə sıfırdan başladıq və 7 il ərzində xeyli iş gördük. Azərbaycanda da sıfırdan başlayırıq. İnanıram ki, burada da fəaliyyətimiz uğurlu alınacaq”.

“Azəridmanservis” Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmov isə bildirib ki, “İnteltek” Türkiyədə çox uğurlu fəaliyyət göstərən və tanınmış şirkətdir. Bu şirkət Azərbaycanda fəaliyyət üçün də akkreditasiya alıb.

Məhərrəmovun sözlərinə görə, “qara bazar”da fəaliyyət göstərən bəzi əcnəbi bukmeyker kontorlarına girişin bağlanılması üzərində iş gedir. Onun fikrincə, görülən işlər qısa zamanda bəhrəsini verəcək. Əvəzində “Topaz”ın saytı açılacaq. Bu isə insanlara evdən çıxmadan internet vasitəsilə pul qoyuluşu etməyə şərait yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar