Azərbaycanda bukmeyker fəaliyyətinə rəsmən start verildi
18 yanvar 2011 12:14 (UTC +04:00)

Azərbaycanda bukmeyker fəaliyyətinə rəsmən start verildi

Lent.az-ın məlumatına görə, ilk pul qoyuluşlarına adları salınan oyunların sayı 42-yə bərabərdir. Pul qoyuluşu mümkün olacaq siyahıda ilk oyun isə bu gün Türkiyədə keçiriləcək “Kasımpaşa” – “Xəzər-Lənkəran” görüşüdür.

Bu oyunda “Kasımpaşa”nın qələbəsinə 2,15, “Xəzər Lənkəran”ın qələbəsinə 2,60, heç-heçəyə isə 3,25 əmsal qoyulub. Oyun Azərbaycan vaxtı ilə saat 17:00-da başlayacaq.

Eyni zamanda futbol mərc oyunlarının həvəskarları siyahıda yer alan digər 41 oyuna da pul qoya bilər. Həmin qarşılaşmalarda ümumiyyətlə 6 kateqoriya üzrə pul qoymaq mümkündür. Belə ki, mərc oyunlarının həvəskarları həm oyunda vurulacaq qolların sayına, həm ilk və ikinci hissələrdəki nəticəyə, həm oyunun ümumi nəticəsi, həm də ki, ikiqat şansa görə pul qoya biləcəklər.

Qeyd edək ki, Azərbaycanda futbol mərc oyunlarına pul qoyuluşu bu gündən rəsmən fəaliyyətə başlayır.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1157

Oxşar yazılar