Roberto Karlosun möcüzəli qolu
Lent.az-ın məlumatına görə, bu qol San-Paulu ştatı çempionatının birinci tur qarşılaşmasında qeydə alınıb.
Karlos “Portugeza” ilə görüşün 20-ci dəqiqəsində fərqlənib. Oyun “Korintians”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
37 yaşlı müdafiəçi bildirib ki, künc zərbəsini yerinə yetirdiyi vaxt “Portugeza”nın qapıçısı Vevertonun öz müdafiəçiləri ilə danışdığını görüb. Bu səbəbdən, “korner”i tez yerinə yetirib. Bu da öz bəhrəsini verib.
2002-ci ildə Roberto Karlosla birgə dünya çempionu olmuş hücumçu Ronaldo da “Portugeza” ilə qarşılaşmada iştirak edib. Lakin o, qol vura bilməyib və 75-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Roberto Karlos “Korintians”a 2010-cu ildə Türkiyənin “Fənərbağça” klubundan keçib. O, əvvəllər İspaniyanın “Real” və İtaliyanın “İnter” komandalarında da çıxış edib.

1020