“Simurq” komandadan qalmaqalla ayrılan futbolçunu qaytarır
Zaqatalanın “Simurq” klubu heyətini 4 yeni futbolçu ilə gücləndirib. Komandanın baş məşqçisi Qyoko Haciyevskinin Lent.az-a verdiyi məlumata görə, bunlar Xaqani Məmmədov, Emin Quliyev, Mario Souza və Uqo Maçadodur.
Makedoniyalı mütəxəssis yeni transferlərlə mövsümün sonunadək müqavilə bağlanıldığını bildirib. Haciyevskinin fikrincə, bu futbolçular hazırda 12 komanda arasında 11-ci yerdə olan “Simurq”u Unibank Premyer Liqasında saxlamağa qadirdirlər.
Baş məşqçi daha bir futbolçu – Tofiq Mikayılovun “Simurq”a qayıdışının gündəmdə olduğunu bildirib. Mövsümün ilk yarısında Zaqatala komandasından Baçana Tsxadadze ilə birgə qalmaqallı şəkildə ayrılan Mikayılov müqavilə ilə məxsus olduğu “İnter”də əsas heyətə düşə bilmir. O, hətta Rusiyanın Sankt-Peterburq şəhərində davam edən “Birlik Kuboku”na da aparılmayıb. Bu səbəbdən, futbolçu “Simurq”da oynamaq istədiyini bildirib.
Qeyd edək ki, bu yaxınlarda “Simurq” 6 futbolçu ilə yollarını ayırıb. Bunlar qapıçı Zabit Səfərov, müdafiəçilər Elnur Yusifov, Elnur Abbasov və Elşən Əliyev, yarımmüdafiəçi Azər Səfərli, hücumçu Yasin Abbasovdur.

608