Azərbaycan UEFA reytinqində 23 pillə irəlilədi
Lent.az-ın məlumatına görə, klub və yığma komandalar səviyyəsində keçirilmiş matçlara əsaslanan siyahıda 2010-cu il mayın 1-dən dekabrın 31-dək olan göstəricilər üzrə liderliyi Norveç ələ alıb.
İngiltərə ikinci, İsveç üçüncü pillədədir. Azərbaycan isə ötən reytinq cədvəli ilə müqayisədə 23 pillə irəliləyib. Bu müddətdə 38 oyun keçirmiş komandalarımız ölkəmizin aktivinə 7,961 xal yazdırıblar. Hazırda Azərbaycan 53 ölkə arasında 15-ci mövqedə qərarlaşıb. Bu göstərici ilə ölkəmiz keçmiş SSRİ-də yalnız 7,981 xalla 12-ci pillədə olan Belarusdan geri qalır. Son reytinq cədvəli isə 2011-ci il aprelin 30-dək olan dövrü əhatə edəcək.
Qeyd edək ki, qitə miqyaslı klub turnirlərinin reqlamentinə əsasən, “Fair Play” Respect reytinqində ilk 3 yeri tutan milli assosiasiyalar Avropa Liqasında hərəyə bir əlavə yer alırlar. Bir şərtlə ki, onların orta səviyyəsi ən azı 8 xal olsun.
“Fair Play” Respect qiymətləri UEFA nümayəndələri tərəfindən verilir və oyuna müsbət yanaşma, rəqibə və hakimlərə hörmət, azarkeşlərin və komanda rəsmilərinin özlərini aparması meyarlarına əsaslanır, habelə sarı və qırmızı vərəqələrdən asılı olur.
Milli assosiasiyalar isə daxili çempionatda “Fair Play” reytinqində qalib gələn komandanı Avropa Liqasının təsnifat mərhələsinə göndərirlər. Əgər qalib Avropa kuboklarında iştirak hüququ qazanıbsa, bonus vəsiqəsi reytinqdə ikinci yeri tutan kluba verilir.

519